Arzumanyan: “Nüvə reaktorunu soyutmaq üçün su ehtiyatlarımız yoxdur”backend

Arzumanyan: “Nüvə reaktorunu soyutmaq üçün su ehtiyatlarımız yoxdur”

“Ermənistanın enerji sektoru bərbad vəziyyətdədir”.

KONKRET.az xəbər verir ki, bu sözləri enerji eksperti Edvard Arzumanyan bildirib. Onun sözlərinə görə, ölkədə sözügedən sektorun problemləri çox olsa da, onun həlli yolları ilə bağlı hazırlanan layihələr mükəmməl deyil və ciddi qüsurlar var.

Arzumanyan hələ bir qədər əvvəl Ermənistanda 1200 meqavat gücündə AES tikilməsi ilə bağlı bəyanatlara münasibətində də demişdi ki, bu, olduqca tələsik mesajdır: “Çünki hazırkı 450 meqavatlıq nüvə bloku may-iyun aylarına qədər həmin gücdə işləsə də, sonrakı aylarda 350 meqavata qədər azalır. Niyə? Çünki reaktoru soyutmaq üçün kifayət qədər soyuducu suyumuz yoxdur. Əgər bu gücə malik bir reaktoru soyutmağa kifayət qədər su ehtiyatları yoxdursa, bəs 3 qat daha güclü nüvə reaktorunu soyutmaq üçün suyu haradan alacaqsınız? Bu haqda düşünmüsünüzmü?”

Ekspert bildirib ki, 1200 meqavat gücündə yeni stansiyanın tikilməsində başqa maraqlar var. Bu isə əsasən maliyyə fırıldağı ilə bağlıdır.

Mütəxəssis hesab edir ki, ümumiyyətlə, ölkədə elektrik enerjisi və qaz tarifləri ilə bağlı vəziyyət qənaətbəxş deyil. O iddia edir ki, “Qaz itkiləri bilərəkdən səhv hesablanır və burada da ciddi korrupsiya faktları mövcuddur”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*