Aşot Paşinyanın qaçırılmasında birbaşa iştirak edən Qayane Martirosyan aclıq aksiyasına başlayıb.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Aqnes Xamoyan deyib.
44 günlük müharibədə gəbərdilən Jora Martirosyanın anası, Aşot Paşinyanla bağlı insident səbəbindən həbs edilən Qayane Martirosyan aclığa başladığını deyib.
“Dünəndən heç nə yeməyib, yeməyəcəyini deyir, çünki istintaq təcridxanasındadır. O, Aşot Paşinyanla üzləşmə gözləyir. Qayane başa düşmür ki, qarşıdurma niyə yubanır. Onun üçün Aşot Paşinyanın maşından tullanması gözlənilməz olub. Qayane əmindir ki, Aşot onu səhv başa düşüb. O, özünü yaxşı hiss etmir”, – Xamoyan bildirib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Aykakan Jamanak” qəzeti mayın 17-də “Oğulların çağırışı” qeyri-hökumət təşkilatının üzvlərinin baş nazirin oğlunu qaçırmağa cəhd etməsi barədə məlumat yayıb.
Xuraman Etibarlı,
KONKRET.az