Qazaxıstanın paytaxtı Astanada bütün ailələr üçün ən böyük populyar elm festivalı keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, “PRO.NRG FEST 2024” festivalında 7 mindən çox insan iştirak edib.
Artıq bu festival müasir elmin köməyi ilə insan və təbiətin harmonik mövcudluğu haqqında yeni perspektivlərdən geniş bəhs edən bir ünvana çevrilib.
Bu, Astananın ən yaxşı yerlərindən birində – Beynəlxalq Maliyyə Mərkəzində (AIFC) baş tutub.
Yaradıcılıq və tədqiqat üçün məkan yaradan yenilikçi müəllimləri bir araya gətirən üçüncü elm, incəsənət və texnologiya festivalında Qazaxıstanın müxtəlif şəhərlərindən nimayəndələr iştirak edib. Ən əhəmiyyətlisi isə tədbirə dünyanın tanınmış ekspertləri də qatılıb. Mühazirələrin, çıxışların, tamaşaların və canlı musiqi şoularının əsas dinləyiciləri və tamaşaçıları ənənəvi olaraq uşaqlar və onların valideynləri olub.
Festival çərşivəsində sərgidə alimlər məktəblilərə və onların valideynlərinə mürəkkəb şeyləri sadə dillə izah ediblər, müəllimlər isə dərsləri necə parlaq, maraqlı və həyəcanlı etmək yollarını bölüşüblər.
PRO.NRG FEST “Bilik Karvanı” korporativ fondu tərəfindən Chevron şirkəti ilə birgə keçirilir.
Festivalın strateji tərəfdaşı Qazaxıstan Respublikasının Təhsil Nazirliyidir.
Bütün festival tədbirləri ənənəvi olaraq hər bir tamaşaçı üçün tamamilə pulsuz olub.
“Chevron”un Avrasiya bölməsinin idarəedici direktoru Derek Magness deyib ki, “Chevron” Qazaxıstanın ilk beynəlxalq enerji şirkətlərindən biridir. 30 ildən artıqdır ki, şirkət təkcə ölkənin neft-qaz sektorunun inkişafına sərmayə qoymur, həm də əsas resursu – qazaxıstanlıların gənc nəslinin inkişafına sərmayə qoyur. Sosial layihələr insan kapitalının inkişafına, rifahın yüksəldilməsinə və ətraf mühitin qorunmasına yönəlib. PRO.NRG FEST-i dəstəkləməklə şirkət STEAM təhsili sahəsində ekosistemin necə formalaşdığını göstərmək istəyir.
Qazaxıstan Respublikası Təhsil Nazirliyinin Orta Təhsil Komitəsinin sədri Kanıbek Jumaşev isə öz növbəsində bildirib ki, “Biz əminik ki, qazaxıstanlıların gənc nəslini maarifləndirmək üçün belə festivallara ehtiyac var. PRO.NRGFEST ölkə gəncləri arasında elmə, yeni texnologiyalara və effektiv təhsil həllərinə marağı artırmağa imkan verən sübut edilmiş formatlardan biridir. Festival saytı gənc alimləri, elmi populyarlaşdıranları, Qazaxıstanın ən qabaqcıl təhsil təcrübələrini təbliğ edən yaradıcı müəllimləri bir araya toplayıb”.
“PRO.NRG FEST 2024” festivalında alim və tədqiqatçılarla ünsiyyət qurmaq, onlara şəxsən sual vermək imkanı əldə edilib. Festival uşaqlara və böyüklərə elmi yeni və maraqlı perspektivdən qavramağa kömək edən unudulmaz təcrübə təqdim edib.
Qonaqların xüsusi diqqəti YEMAA Müasir Mədəniyyət Mərkəzinin “FLUID FUTURES” və ya “Böyük Sulara və Böyük Məlumatlara Dalış” adlı inanılmaz sərgisinə yönəldilib. Bu layihədə gənc rəssamlar biodizayn, 3D çap və süni intellektdən istifadə edərək, təbiət və texnologiyanın qarşılıqlı əlaqəsi prizmasından gənc tamaşaçılar və onların valideynləri ilə birlikdə gələcəyi araşdırıblar, sudan axıcılıq simvolu, resursların və yaddaşın daşıyıcısı kimi istifadə ediblər.
Bu il qonaqlar hər kəsin artıq çox sevdiyi “eyni kimya müəllimi” Ulan Usenovla görüşmək imkanı əldə ediblər.
Bu gün Ulan Usenov təkcə kimya müəllimi və məşhur TikTok müəllifi deyil, həm də Qazaxıstanda keçirilən bir çox tədbirlərin arzuolunan qonağıdır.
Bu il festivalda süni intellekt, filmlər və cizgi filmləri kimi innovativ tədris metodlarından istifadə edən müəllimləri də iştirak edib.
Estelik layihəsinin yaradıcı komandası Aidhn və Nursultan Ziyadayevlər müasir uşaqlarda doğma qazax dilinə sevginin necə aşılanacağını göstəriblər. Gənclər qazax xalq mahnılarının insan beyninə müsbət təsirindən danışıblar.
Aktobedən olan fizika müəllimi, “TikTok Müəllimi 2023” kimi tanınan Haydar Murzaxmetov qazax qrupunun mahnısını oxuyub və İsaak Nyutona və onun qanunlarına, Teslaya və Arximed Qanununa həsr olunmuş klip çəkdirib və məktəblilərə bunu göstərib.
İki əcnəbi natiq də inanılmaz şou proqramları ilə festival üçün Astanaya gəlib. Bu, arxeoloq, elmin populyarlaşdırıcısı, müəllim, təlimçi, polşalı fermer Pavel Yaskolski, eləcə də elmi şouların və tamaşaların müəllifi, Masaryk Universitetində elmi düşərgələrin və seminarların təşkilatçısı, STEM təhsili üzrə kitabların müəllifi Jiri Vlaçdır. Jiri həmçinin jurnalistlər və blogerlər üçün açıq dərs keçib.