Astanada “Heydər Əliyev və Türk Dünyası” Beynəlxalq Konfransı KEÇİRİLDİ – FOTOLARbackend

Astanada “Heydər Əliyev və Türk Dünyası” Beynəlxalq Konfransı KEÇİRİLDİ - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

3 may 2023-cü il tarixində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Türk Dünyası” beynəlxalq konfransı keçirilmişdir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, konfrans Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Bildirilib ki, tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırali, Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Kanat Tumış, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, ictimai xadim, səfir, TDT Ağsaqqallar Şurasının keçmiş üzvü Myrzatay Joldasbekov, Qazaxıstan Respublikasının parlamentariləri, eləcə də akademik ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Belə ki, tədbir çərçivəsində konfrans iştirakçılarına “Qazaqstan” dövlət telekanalı tərəfindən hazırlanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əziz Həyat” sənədli filmindən fraqment nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın prezidenti Ş.Mustafayev vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın və türk dünyasının çoxəsrlik dövlətçilik tarixində nadir şəxsiyyət, müasir tarixdə müstəqil Azərbaycan dövlətinin parlaq liderdir.

“Heydər Əliyev türk dünyasının inteqrasiyası, xalqlarımızın yaxınlaşması üçün böyük səylər göstərmişdir. O, türk dövlətlərinin inteqrasiyasına xidmət edən əməkdaşlıq təşkilatlarının yaradılmasına mühüm töhfə verib. Təsadüfi deyil ki, indiki Türk Dövlətləri Təşkilatı və Türk Akademiyası kimi qurumların yaradılması ideyasının özü də Heydər Əliyevin doğulduğu qədim Naxçıvan torpağında yaranıb. Bu faktın böyük simvolik mənası var”, – deyə Ş.Mustafayev bildirib.

Konfrans iştirakçıları və qonaqlar çıxışlarında Azərbaycan xalqının Ümummilli Liderinin türk dünyasının mədəni-mənəvi irsinin gözəl bilicisi olduğunu, qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verdiyini qeyd ediblər. Həmçinin Heydər Əliyevin Azərbaycanda elm və təhsilə verdiyi töhfələrdən, həyata keçirdiyi islahatlardan, o cümlədən xalqımızın vətənpərvərlik tərbiyəsində müstəsna rolundan danışılıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva H.Əliyevin TÜRKSOY kimi türk əməkdaşlıq strukturlarının və digər inteqrasiya institutlarının yaradılmasında xidmətlərini vurğulayıb.

Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırali Qazaxıstan və Azərbaycan arasında dərin tarixi və mədəni əlaqələrin sıx inkişafının başlanğıcında Heydər Əliyevin dayandığını bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*