Astarada qəza – Yük maşını 60 yaşlı qadını vuraraq öldürdübackend

Astarada qəza - Yük maşını 60 yaşlı qadını vuraraq öldürdü

Astarada 60 yaşlı qadını ağır tonajlı yük avtomobili vurub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*