Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürüldübackend

Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürüldü

Hədə-qorxu ilə pul tələbetmədə təqsirləndirilən Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə report-a onun vəkili Telman Abdıyev deyib.

Onun sözlərinə görə, müvəkkili cəzasını Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkəcək.

Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*