Ərzurumda ata ilə qız arasındakı mübahisə faciə ilə nəticələnib. Ata 14 yaşlı qızını 24 yerdən bıçaqlayıb.
KONKRET.az xəbər verir ki, Ərzurumda yaşayan Ebubekir Sıddık Ş. naməlum səbəbdən mübahisə etdiyi 14 yaşlı qızına 24 bıçaq zərbəsi endirib.
Ağır yaralanan uşağın həyatı hələ də təhlükə altındadır.
Uşaq qonşularının xəbəri ilə hadisə yerinə gələn təcili yardımla Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılıb. Müalicəyə alınan D.Ş. -nin səhhətinin ağır olduğu bildirilib.
Polis qrupları, hadisədən sonra qaçan Ebubekir Sıddık Ş.ni tutmaq üçün axtarışa başlayıb. Polis şübhəlini Horasan-Ərzurum magistral yolunda tutaraq saxlayıb./olaylar.az/