Sosial şəbəkədə yayılan bir video izləyiciləri kövrəldib.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, görüntülərdə xərçəng xəstəliyindən vəfat edən qızının məzarını ziyarət edən bir ata yer alır.
Məzarın üzərində ağ bir göyərçinin dayanması diqqət çəkib. Daha sonra quş uçaraq atanın çiyninə qonub. Ata nə qədər uzaqlaşdırmaq istəsə də, göyərçin ondan ayrılmayıb və qucağında qalmağa davam edib.
İzləyicilər bu hadisəni “qızının ruhunun atası ilə görüşü” kimi dəyərləndiriblər. Video qısa zamanda minlərlə baxış toplayıb və sosial mediada duyğulu şərhlərlə müşayiət olunub.
