“Atası uşaqları narkotikə öyrəşdirmək istəyirdi” – Bakıda övladları ilə birgə özünü 4-cü mərtəbədən atan qadından ŞOK AÇIQLAMA – YENİLƏNİBbackend

"Atası uşaqları narkotikə öyrəşdirmək istəyirdi" - Bakıda övladları ilə birgə özünü 4-cü mərtəbədən atan qadından ŞOK AÇIQLAMA - YENİLƏNİB

Bakıda ananın azyaşlı övladları ilə birgə intihara cəhd etməsi barədə xəbər vermişdik. Dəhşətli intihar cəhdi ilə bağlı bəzi detallar məlum olub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gecə saatlarında Yasamal rayonunun Kənar Dairəvi yol-2 ünvanında baş verib.

1991-ci il təvəllüdlü N. C. 4 və 2 yaşlı oğlanlarını dördüncü mərtəbədən- yaşadıqları evin eyvanından yerə atıb. Onların ardıyca isə özü də tullanıb.

İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ər Cavid Cəfərov saxlanılıb, araşdırma aparılır.

***

21.12.2020 00:56 

Bakıda intihara cəhd hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu – 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*