Atasını öldürən şəxs: “Boşqabı anamın başına çırpdı”backend

Atasını öldürən şəxs: “Boşqabı anamın başına çırpdı”

Bakıda atasını öldürməkdə təqsirləndirilən İlqar Kərimovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, o, məhkəmədə dindirilən zaman o, Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

O ifadəsində göstərib ki, mərhum Ramiz Kərimov onun doğma atasıdır:

“Atamla armada hər hansı bir düşmənçilik və ədavət olmayıb. Atamın da başqa şəxslərlə arasında düşmənçilik və ədavətin olmasının şahidi olmamışam. Onu öldürmək fikrim və niyyətim isə heç vaxt olmayıb. Ata-anamın tək oğul övladıyam. Məndən başqa bir bacım var. O da təxminən 16 il əvvəl ailə həyatı qurub, ər evinə köçüb. Həmin vaxtdan ata-anamla birlikdə qalmışam. Atam həmişə spirtli içki içən olub, lakin müəyyən ailələrdə olan adi ailədaxili söz-söhbətlərdən başqa anam və ya atam arasında ciddi mübahisələrimiz olmayıb. Son 12 il ərzində atam mütəmadi olaraq spirtli içki qəbul edib və ailədə sözsöhbət yaradıb. Həyatımda atama qarşı nalayiq hərəkətlər etməmişəm. Həmçinin onun sözünə qulaq asmamaq kimi davranışlarım da olmayıb. Atamın hərəkətləri evdəkiləri hövsələdən çıxarsa da, bir dəfə də olsun ona qarşı heç kim əl qaldırmayıb. O, təzyiq xəstəsi idi və çox vaxt spirtli içkinin təsiri altında olurdu. Buna görə o, həmişə həyətdə və evdə müvazinətini itirib yıxılırdı, zəif xəsarətlər alırdı. Bununla bağlı heç vaxt həkimə müraciət etməmişik. Atam ev şəraitində təzyiqlə bağlı dərmanlar qəbul edirdi.

Novruzda axşam bayram süfrəsinə əyləşmişdik. Süfrədə qeyri-adi xörək və başqa yeyinti məhsulu yox idi. Atam özü içməsi üçün spirtli içki olan araq almışdı. Bayramla əlaqədar olaraq azyaşlı bacım oğlu da bizdə idi. Atam aldığı araöı içib qurtardı. Sonra anama gedib, dükandan yenidən araq alıb gətirməsini dedi. Anam ona spirtli içkini az içməsini, bu qədər çox içməklə canına qəsd etdiyini və araq almayacağını bildirdi. Atam bundan əsəbiləşib rus dilində anama söyüş söyməyə başladı və onu təhqir etdi. Atamı sakitləşdirmək istəsəm də, o, məni itələdi və stolun üzərindəki boşqabı götürüb anamın başına çırpdı. Bu vaxt anamın alın nahiyəsinin qanadığını gördüm. Həmin vaxt özümü itirərək, bir anlıq etdiyim hərəkəti fikirləşmədən ayaqüstə atamən sağ gözündən bir yumruq vurdum. O, divana oturdu. Daha sonra bir anda elə bil yuxudan ayıldım və evdən həyətə çıxaraq dərindən nəfəs alıb etdiyim hərəkətin fərqinə vardım. Buna görə çox peşman oldum. Yenidən evə keçdim, anama belə etmək fikrimin olmadığını, özümü bir anda tuta bilmədiyimi və özümdə olmadan atamı yumruqla vurduğumu dedim. Bu zaman anam atamın sifət nahiyəsində olan yarasına maz sürtürdü. Anam ona darıxmamağı, hər şeyin yaxşı olacağını söylədi. Daha sonra evin bayır qapısının örtüldüyünü eşitdim və sonra səs gəldi. Atamın pilləkənlərin yanında yerə uzandığını gördüm. Başa düşdüm ki, o, pilləkənlərdən yıxılıb. Atamın sifəti əzilmişdi”.

İlqar Kərimovun sözlərinə görə, 22 mart 2021-ci il tarixdə səhər saatlarında atası özünü narahat hiss edib və qəflətən halı pisləşərək reaksiyasız vəziyyətə düşüb: “Tez təcili tibbi yardım stansiyasına yığıb məlumat verdik. Təcili tibbi yardım briqdasının həkimləri gəlib atamı müayinə etdi. Sonra onun öldüyünü təsdiq etdilər. Həmin vaxt atamın üzərində gözə çarpacaq xəsarǝtlər olduğu üçün təcili tibbi yardım briqadası polisi evə dəvət etdilər. Onun təzyiq xəstəsi olduğunu, bununla bağlı dəfələrlə müvazinətini itirib yıxıldığını dedim. Atama vurduğum yumruğun onun ölümünə səbəb olacağına inanmadığım üçün bu barədə onlara heç nə bildirmədim. Daha sonra prokurorluq əməkdaşları gəldi və atamın meyitini “morq”a apardılar. Sonra mən şübhəli şəxs qismində saxlanıldım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Kərimov Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*