“Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin (ATV) əməkdaşı koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
O, bu barədə məlumatı unikal.org-a təsdiqləyib.
Bununla belə, digər müxbir Heydər Məmmədov da “Atletlər kəndi”ndə karantinə alınıb.