Avetik Çalabyan: “Ermənistan hakimiyyəti öz ağalarını razı salmaq üçün bizim maraqlarımızı qurban verir”backend

Avetik Çalabyan: “Ermənistan hakimiyyəti öz ağalarını razı salmaq üçün bizim maraqlarımızı qurban verir”

“Ermənistanın hazırkı hökuməti diplomatiyanın əsas prinsipini pozaraq sülh müqaviləsini imzalamağa tələsir. Hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır”.

KONKRET.az xəbər verir ki, bunu “Ayakve” hərəkatının koordinatoru Avetik Çalabyan deyib.

Müxalifətçinin fikrincə, hazırkı hakimiyyət təslim müqaviləsini sülh müqaviləsi kimi təqdim etməklə ilk növbədə Ermənistan ictimaiyyətini aldatmaq istəyir. Lakin bu, tələskənliyin yeganə səbəbi deyil. Onlar ABŞ-dakı ağalarına göstərmək istəyirlər ki, irəliləyiş var. Çünki bu ölkədə tezliklə seçkilər gözlənilir və İrəvanla Bakı arasında imzalanan sənəd indiki administrasiyanın xeyrinə ola bilər.

Hazırkı Ermənistan hakimiyyətinin tələskənliyinin səbəblərinin Bakıda yaxşı başa düşüldüyünü deyən Çalabyan əlavə edib ki, bu fonda Azərbaycan tərəfi Ermənistandan maksimum nəticə əldə etməyə çalışır.

“Mövcud hakimiyyətin tələskənliyini və ən qısa zamanda nəticə əldə etmək istəyini görən Azərbaycan bütün prinsipləri yalnız öz şərtləri ilə razılaşmaqda israrlıdır. İndiki administrasiya öz xalqına yox, kənar oyunçulara xidmət edir və ona görə də öz ağalarını razı salmaq üçün bizim maraqlarımızı qurban verir. Kirantsdakı vəziyyət bunun bariz təzahürü idi”, – Çalabyan “Oraxndir” verilişinin efirində deyib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*