Avrasiya İqtisadi Şurasının iclasında Lukaşenkoyla Paşinyanın söz davası – Paşinyan Minskə getməyəcəyini bəyan etdibackend

Avrasiya İqtisadi Şurasının iclasında Lukaşenkoyla Paşinyanın söz davası - Paşinyan Minskə getməyəcəyini bəyan etdi

Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının (Aİİ) iclasına videoformatda qoşulan Ermənistan Baş naziri gələn il Aİİ-nin Minskdə keçiriləcək sammitində iştirak etməyəyini bəyan edib. 

KONKRET.az xəbər verir ki, Paşinyan bunu, bu gün onlayn formatda qatıldığı iclasda deyib. Belarus prezidenti Aleksandr Lukaşenko çıxışına Paşinyanın ünvanına atcamaclarla başlayıb: “Mən, gələn ilki sammitin sədri olaraq  bildiriəm ki, əgər müşahidəçilərimizə bizim ittifaqımız maraqlıdırsa o zaman iclaslarda videoformatda  deyil, bir başa iştirak etsinlər. Onların televizorda necə əməkdaşlıq etmələri barədə danışmaları lazım deyil. Nikol Vovayeviç, bu dediklərim sizə aid deyil. Biz görürk ki, siz təkcə saqqalınızı qırxmamısınız, həm də bir balaca xəstlənmisiniz. Ona görə də, biz sizi yenilənmiş gənc kimi  öz ittifaqımızda görürük”. Bundan sonra söz alan Paşinyan Lukaşenkoya təşəkkürünü bildirib və qeyd edib ki, Ermənistan nümayəndə heyəti Aİİ-nin Minskdə keçiriləcək sammitində iştirak etməyəcək. Ermənistan yalnız video formatda iştirak edə bilər. Lukaşenkonun da Paşinyana cavabı gecikməyib: “Nə problem var, İrəvandan Minskə yol çox uzaqdır? Belə çətindirsə biz sizin nümayəndə heyətini Minskə gətirə bilərik”.

Paşinyan bildirib ki, bu mövzuyla bağlı o öz fikrini bildirib və hazırda onu müzakirə etmək istəmir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*