Brüssel və London ABŞ-yə cavab tədbirləri hazırlayıb.
KONKRET.az “Politko”ya istinadən xəbər verir ki, Brüssel və London ticarət müharibəsi olacağı təqdirdə bir sıra tədbirlər hazırlayıb. Mənbə bildirir ki, Avropa və Britaniya rəsmiləri hələ də Trampı tarifləri tətbiq etməməyə inandıra biləcəklərinə ümid edirlər.
Eyni zamanda, onlar bir sıra cavab tədbirləri, o cümlədən ABŞ-dən idxal olunan mallara rüsumlar hazırlayırlar. Xatırladaq ki, inauqurasiya günü, yanvarın 20-də Tramp ABŞ-yə idxal edilən mallara tarifləri idarə etmək üçün Xarici Gəlir Xidməti yaratmağı planlaşdırdığını açıqlayıb.
O, həmçinin bəyan edib ki, Aİ ölkələri Amerika neft və qazının alış həcmini artırmasa, onlara qarşı tariflər tətbiq edə bilər.
Vəli Həsənoğlu,
KONKRET.az