Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldibackend

Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

KONKRET.az-ın məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb – 66:49.

Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*