“Avropa dağılır” ifadəsi artıq reallaşdı: Nə baş verir? backend

"Avropa dağılır" ifadəsi artıq reallaşdı: Nə baş verir? 

Avropa İttifaqında iri sənaye müəssisələri sürətlə fəaliyyətini dayandırır.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” Avropa Yenidənqurma Monitorunun hesabatına əsasən məlumat yayıb.

Məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-avqust aylarında Aİ-də ümumilikdə 72 böyük sənaye müəssisəsi bağlanıb.

Bu, 2009-cu ildən bəri ən yüksək göstərici sayılır. Həmin böhran ilində 81 müəssisə fəaliyyətini dayandırıb.

Müqayisə üçün, pandemiyanın ən ağır dövrü olan 2020-ci ildə belə bağlanan müəssisələrin sayı cəmi 49 olub.

Mütəxəssislər hesab edirlər ki, hazırkı proses Avropa iqtisadiyyatı üçün ciddi risklər yaradır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*