Avropa HƏRƏKƏTƏ KEÇDİ: Qərbin növbəti hədəfi bu ölkədir…backend

Avropa HƏRƏKƏTƏ KEÇDİ: Qərbin növbəti hədəfi bu ölkədir...

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dördgünlük səfər edəcək. Bəs, Ukrayna müharibəsi fonunda Rusiyanın Çinlə yaxınlaşması Qərb–Rusiya münasibətlərinə necə təsir göstərə bilər?

Siyasi şərhçi Əli Mustafanın KONKRET.az-a açıqlamasına görə, Moskva və Pekin arasında strateji tərəfdaşlıq sənədi olmasa da, onların müxtəlif formatlarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx işgüzar münasibətləri mövcuddur.

O, həm də siyasi şərhçidir... | Modern.az

Ekspert hesab edir ki, Çin Rusiyanın məğlub olmasını istəmir:

“Çünki Rusiyanın zəifləməsi və məğlubiyyəti Qərbin növbəti hədəfinin Çin olması deməkdir. Pekin rəsmiləri də açıq şəkildə bildirirlər ki, bacardıqları qədər Rusiyanın məğlubiyyətini yubadırlar və onu qorumağa çalışırlar”.

Əli Mustafanın sözlərinə görə, sentyabrın 3-də Çində hərbi parad gözlənilir və bu tədbir ABŞ-a və Qərbə mesaj xarakteri daşıyacaq:

“Amerikanın Rusiyanı öz tərəfinə çəkmək cəhdləri, xüsusən də Tramp dövründə, uğurlu alınmadı. Moskva Çindən uzaqlaşmaq niyyətində deyil. Ukrayna savaşında bütün Qərb ölkələri Kiyevin yanında olduğu kimi, Çin də açıq şəkildə Rusiyanın yanındadır”.

Ekspertin fikrincə, Putin–Si Cinpin görüşü Qərbin xoşuna gəlməyəcək və ABŞ-ın Ukraynaya dəstəyini daha da artırmasına səbəb ola bilər:

“Əgər Vaşinqton əmin olsa ki, Rusiyanı Çindən qoparmaq mümkün deyil, bu halda Ukraynanı daha ciddi şəkildə dəstəkləməklə, Çini təkləmək üçün müharibədən istifadə etməyə çalışacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*