Avropa İttifaqı rəsmisindən Bakı-İrəvan sülh danışıqları ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Avropa İttifaqı rəsmisindən Bakı-İrəvan sülh danışıqları ilə bağlı MÜHÜM AÇIQLAMA

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas iyunun sonu və ya iyulun əvvəlində Ermənistana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bunu “İrəvan dialoqu” beynəlxalq konfransında çıxış edən Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martines Karbonel deyib.

Karbonel Kallasın Bakı-İrəvan arasında sülh sazişinə dair danışıqlara dəstək verəcəyinə və Ermənistanda islahatlara Aİ-nin yardım edəcəyinə əminliyini bildirib. O, həmçinin Ermənistan-Aİ münasibətlərinin konstruktiv xarakter aldığını və yeni tərəfdaşlıq gündəliyi üzrə danışıqların aparıldığını vurğulayıb.

Aİ rəsmisi “Sülh yollarının kəsişməsi” təşəbbüsü çərçivəsində Ermənistanın regional müzakirələrə cəlb olunmasının vacibliyini qeyd edib, turizm sahəsində əməkdaşlıq və viza rejiminin liberallaşdırılması üzrə dialoqun əhəmiyyətinə toxunub.

Karbonel bildirib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri təhlükəsizlik sahəsidir və Aİ-nin Ermənistandakı missiyası bu istiqamətdə fəaliyyətini davam etdirir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*