Avropa İttifaqı tarixdə ilk dəfə Qazaxıstana qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, əgər məhdudiyyətlər qəbul olunarsa, ölkəyə bəzi malların idxalı qadağan ediləcək.
İttiham olunur ki, həmin mallar sonradan Rusiyaya göndərilə bilər.
Qazaxıstana qarşı sanksiyaların qəbul edilməsi üçün konkret sübutların təqdim olunması və Aİ-yə üzv dövlətlərin yekdil razılığı tələb olunur.
Müşviq Tofiqoğlu,
KONKRET.az