Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, noyabrın 13-də Rusiyaya qarşı 12-ci sanksiya paketi hazırlanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Berliner Zeitung qəzeti yazı dərc edib.
Amma indi Avropa Komissiyası geri çəkilir – danışıqlar uzanıb. Qəzet bildirir ki, Kiyev Aİ və Qərb müttəfiqlərindən Rusiyanın almaz ixracına və Moskvanın Qərbdə dondurulmuş vəsaitlərinə qarşı sanksiya tətbiq edilməsini tələb edir.
“İndiyədək görülən tədbirlər kifayət deyil, çünki Rusiya həmişə Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməyin yollarını tapır”, – deyə qəzet yazır.
Bildirilir ki, hələ sentyabr ayında yeni sanksiyalar paketi Rusiya almazlarının ixracına təsir etməli və Moskva ilə ticarət əlaqələrinə əlavə məhdudiyyətlər qoymalı idi. Amma konkret mətnlə bağlı hələlik razılıq əldə olunmayıb.
Qeyd edək ki, sanksiyalar paketinin gecikməsinin rəsmi səbəbləri açıqlanmır.
Ariz Həsənoğlu,
KONKRET.az