Avropa liderləri Ukrayna üçün “NATO-light” variantını müzakirə edirlərbackend

Avropa liderləri Ukrayna üçün “NATO-light” variantını müzakirə edirlər

Avropa dövlətlərinin liderləri Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün NATO-ya alternativ model üzərində düşünürlər.

KONKRET.az xəbər verir ki, İtaliya tərəfindən irəli sürülən plana əsasən, Kiyevin müttəfiqləri ölkəyə hücum olacağı təqdirdə 24 saat ərzində hərbi dəstək göstərib-göstərməməyə qərar verməlidirlər.

Bu ssenari NATO Nizamnaməsində təsbit olunmuş kollektiv müdafiə öhdəliklərinə tam uyğun gəlməsə də, Ukrayna ilə saziş imzalayan ölkələrə hücum baş verdiyi halda operativ şəkildə cavab tədbirləri barədə razılığa gəlməyi məcburi edəcək.

Mümkün variantlar sırasında Ukraynaya təcili hərbi və iqtisadi yardımın göstərilməsi, ordusunun gücləndirilməsi və yeni sanksiyaların tətbiqi də yer alır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*