Avropa Rusiyanın pulunu Ukraynaya XƏRCLƏMƏK İSTƏYİRbackend

Avropa Rusiyanın pulunu Ukraynaya XƏRCLƏMƏK İSTƏYİR

Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard avroluq aktivlərindən və 19 milyard avroluq şəxsi aktivlərindən ibarət fond yaratmağı təklif edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen videomüraciətində bildirib.

“Biz Rusiya Mərkəzi Bankının 300 milyard avroluq ehtiyatını və rus oliqarxlarının 19 milyard avroluq şəxsi vəsaitini blokladıq. Qısa müddətdə tərəfdaşlarımızla bu vəsaitləri idarə edərək, əldə olunan məbləği Ukraynada istifadə etmək üçün struktur yarada bilərik. Sanksiyalar ləğv edildikdə bu vəsaitlər Ukraynanın itkilərini tam kompensasiya etmək üçün istifadə edilməlidir”, – deyə fon der Lyayen bildirib.

O, bu məqsədlə BMT-dən dəstək almaq niyyətində olduğunu vurğulayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*