Avropa Velosipedçilər Birliyinin prezidenti dövlət başçısını təbrik etdibackend

Avropa Velosipedçilər Birliyinin prezidenti dövlət başçısını təbrik etdi

Avropa Velosipedçilər Birliyinin prezidenti Enriko Della Kasa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

KONKRET.azın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Avropa Velosipedçilər Birliyinin İdarə Heyəti adından Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Bir neçə gün əvvəl Azərbaycanın idman ictimaiyyəti Sizi yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçdi. Fürsətdən istifadə edərək bu əhəmiyyətli hadisə münasibətilə Sizi təbrik edirəm.

Ümid edirəm ki, Siz bundan sonra da Azərbaycanda velosiped idman növünün hərtərəfli inkişafına diqqət yetirəcək və dəstək verəcəksiniz.

Mən Azərbaycanda yenidən nüfuzlu velosiped yarışlarının keçirilməsini arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*