Avropada İLK: Şirkətin bazar dəyəri 500 milyard dolları keçdibackend

Avropada İLK: Şirkətin bazar dəyəri 500 milyard dolları keçdi

Fransanın “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupu bazar dəyəri 500 milyard dolları keçən ilk Avropa şirkəti oldu.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, LVMH-nin səhmləri cümə günü Paris birjasında 901,10 avro ilə bağlanarkən, bu gün 903,3 avro ilə şirkət tarixinin ən yüksək səviyyəsinə çatıb.

Bildirilib ki, “Louis Vuitton”, “Celine”, “Kenzo”, “Givenchy”, “Christian Dior”, “Fend”, “Hennessy”, “Bulgari” və “Sephor” kimi markaları özündə birləşdirən LVMH-nin birinci rüb satışları 17 faiz artıb ki, bu da analitiklərin gözləntilərindən iki dəfə çoxdur.

Qeyd edək ki, ötən il şirkətin gəlirləri 79,2, mənfəəti isə 21,1 milyard avro olub.

Məlumata görə, indiyədək yalnız Amerika korporasiyaları – “Apple”, “Microsoft”, “Google”, “Amazon”, “Berkshire Hathaway”, “Tesla”, “General Electric”, “Johnson & Johnson” və “Meta”, eləcə də Çin neft-qaz şirkəti “Petrochina”, Səudiyyə Ərəbistanı neft şirkəti “Saudi Aramco” 500 milyard dollarlıq həddi keçib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*