Avropada qazın qiyməti 1000 dollaradək ucuzlaşdı – YENİLƏNİBbackend

Avropada qazın qiyməti 1000 dollaradək ucuzlaşdı - YENİLƏNİB

Avropa bazarlarında qazın qiyməti min kubmetr üçün 1000 dollardan aşağı düşüb.

KONKRET.az İCE birjasına istinadən xəbər verir ki, qazın qiyməti 12 faiz dəyər itirib.

14:18

Avropada qazın yanvar fyuçersləri 1100 ABŞ dollarından aşağıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Londonun “ICE Futures” birjasının məlumatlarından məlum olur.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) indeksi üzrə qazın yanvar fyuçerslərinin qiyməti dünənki hesablaşma qiymətindən (1 min 127,2 ABŞ dolları) 2 % aşağı düşüb.

Qiymətlərdəki eniş Avropaya kənardan əlavə sıxılmış təbii qaz (STQ) tədarükü və Avropanın külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin artması ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*