Avropada qışın ən bahalı 10 TRANSFERİ – SİYAHIbackend

Avropada qışın ən bahalı 10 TRANSFERİ - SİYAHI

Avropanın ən yaxşı beş liqasında 2024/25 mövsümü üçün qış transfer dövrü dünən başa çatıb.

KONKRET.az xəbər verir ki, Premyer Liqa transfer xərclərinə görə İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqasını geridə qoyub.

Avropanın ən bahalı 10 transferindən altısı Premyer Liqa komandaları tərəfindən edilib. Premyer Liqa klubları qış transfer pəncərəsində təxminən 370 milyon funt-sterlinq xərcləyiblər. Ötən il qış transfer pəncərəsində ödənilən məbləğ isə cəmi 100 milyon funt-sterlinq olub.

Klublar arasındakı rekord isə “Mançester Siti”dədir. “Şəhərlilər” transferlərə 180 milyon funt-sterlinq xərcləyib. Ən yüksək transfer qiymətinə malik 10 futbolçu arasında “Mançester Siti”nin heyətinə qatdığı 4 futbolçu var.//Oxu.az

TOP-5 Liqalarında qış transfer dönəminin ən bahalı 10 transfer siyahısı belədir:

1. Omar Marmuş – “Mançester Siti” | 75 milyon avro

2. Xviça Kvaratsxeliya – PSJ | 70 milyon avro

3. Niko Qonsales – “Mançester Siti” | 60 milyon avro

4. Xavi Simons – “Leyptsiq” | 50 milyon avro

5. Abdukodir Xusanov – “Mançester Siti” | 40 milyon avro

6. Vitor Reis – “Mançester Siti” | 37 milyon avro

7. Santiaqo Qimenez – “Milan” | 32 milyon avro

8. Patrik Dorqu – “Mançester Yunayted” | 30 milyon avro

9. Elye Vahi – “Marsel” | 26 milyon avro

10. Donyell Malen – “Aston Villa” | 25 milyon avro

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*