Avropada keçirilən hərraclar zamanı təbii qazın qiyməti 14 faiz ucuzlaşıb.
KONKRET.az xəbər verir ki, Londondakı “İCE Futures” birjasında hərrac zamanı regionun ən böyük onlayn qaz satışı mərkəzi olan TTF-dəki aprel fyüçersləri 2096,6 USD/1000 kubmetrdən satılıb.
Xatırladaq ki, martın 7-də Avropadakı hərraclarda mavi yanacağın qiyməti 79 faiz artaraq 3900 dollara çatmışdı.
Regionda qazın bahalaşması əsas təchizatçı ölkə olan Rusiyaya Ukraynaya qarşı başladığı müharibəyə görə tətbiq edilən beynəlxalq sanksiyalarla bağlıdır.