Avropada təbii qazın qiyməti ARTDIbackend

Avropada təbii qazın qiyməti ARTDI

Avropada təbii qazın qiyməti min kubmetr üçün 960 ABŞ dollarını ötüb.

KONKRET.az Londonun ICE birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti min kubmetr üçün 960,6 ABŞ dolları səviyyəsinədək yüksəlib.

Günün əvvəlindən qazın ümumi qiymət artımı, təxminən, 2,8 %-i təşkil edir.

Daha əvvəl Almaniyanın kansleri Olaf Şolts Rusiyanın “LXR” və “DXR”i tanımasından sonra rəsmi Berlinin “Şimal axını-2” layihəsinin sertifikatlaşdırılmasını dayandırdığını bəyan edib. Almaniyanın XİN rəhbəri Annalena Berbok baş verən hadisələr fonunda bu layihənin dondurulduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*