Avropalılar Trampın “Sülh Planı”na belə reaksiya verdilərbackend

Avropalılar Trampın "Sülh Planı"na belə reaksiya verdilər

Finlandiya xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün irəli sürdüyü “sülh planını” kəskin tənqid etdi.

KONKRET.az xəbər verir ki, onun sözlərindən “Yle” nəşri sitat gətirib.

“Əgər ABŞ-ın “sülh planı” mediada təsvir olunduğu kimidirsə, onda bu cür şərtlər həm Ukrayna, həm də onun Avropa tərəfdaşları üçün qəbuledilməzdir. Onlar (planın ideyaları – red.) sanki Moskvada yazılıbmış kimi görünürlər. Onlar açıq-aydın BMT Nizamnaməsini masadan atırlar”, – Valtonen bildirib.

“Biz Ukraynada ədalətli və davamlı bir sülh istəyirik. Artıq dörd ildir ki, bu məqsədə doğru çalışırıq”, – o vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*