Avropalılar Trampın Ukrayna üzrə strategiyasına qarşı susmalıdırbackend

Avropalılar Trampın Ukrayna üzrə strategiyasına qarşı susmalıdır

ABŞ Maliyyə Naziri Bessent Fox telekanalına verdiyi açıqlamada bildirib ki, Avropalılar ABŞ Prezidenti Donald Trampın Ukraynadakı sülh strategiyası barədə “susmalı və ya qəbul etməlidirlər”.

KONKRET.az xəbər verir ki, Bessent qeyd edib: “Onlar daim deyirlər: ‘ABŞ bunu etməlidir, ABŞ bunu etməlidir’. Prezident Tramp Rusiyadan neft alışı ilə bağlı Hindistana qarşı əlavə rüsumlar tətbiq etdi. Avropalılar isə hələ bunu etməyiblər və həqiqətdə Avropa Hindistanın neft məhsullarını almaqda davam edir”.

O həmçinin vurğulayıb ki, Avropa liderləri birlikdə hərəkət etmək istəsələr, öz töhfələrini verməlidirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*