Avropanın ən böyük avtomobil istehsalçısı Rusiyanı TƏRK EDİRbackend

Avropanın ən böyük avtomobil istehsalçısı Rusiyanı TƏRK EDİR

Dünyanın ikinci ən böyük avtomobil istehsalçısı olan “Volkswagen Group” Rusiyadakı biznesini satmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Bildirir ki, Qazaxıstanın “Asia Avto” şirkəti Kaluqa şəhərindəki zavodun potensial alıcısı kimi göstərilir. Zavoda Avstriyadan gələn nümayəndə heyəti də baş çəkib.

Məlumata görə,  “Asia Avto” “Volkswagen” və “Skoda” avtomobillərini istehsal etmək üçün lisenziyaya sahibdir.

Qeyd edək ki, Alman avtomobil istehsalçısı Rusiyaya qarşı beynəlxalq sanksiyalar səbəbindən logistika zəncirlərində yaranan fasilələrə görə martın əvvəlində Kaluqada istehsalı dayandırıb.

Şirkət həmçinin Rusiyanın “Nijni Novqorod” zavodunda avtomobillərin yığılmasını dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*