Avstraliya bu təşkilatları terrorçu kimi TANIDIbackend

Avstraliya bu təşkilatları terrorçu kimi TANIDI

Avstraliya “The Base” adlı neonasist təşkilatı və Livanın islamçı siyasi partiyası və silahlı qruplaşması olan Hizbullahı terror təşkilatları kimi tanıyıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

2018-ci ildə yaradılmış “The Base” irqçi təşkilatının və Hizbullahın üzvü olmaqda təqsirli bilinən hər kəs 25 ilə qədər həbs edilə bilər.

“Avstraliyada zorakı ekstremizmə qətiyyən yer yoxdur. Günahsız insanların öldürülməsinə haqq qazandıra biləcək heç bir dini və ya ideoloji səbəb yoxdur”, – deyə Daxili İşlər naziri Karen Endryus Kanberrada jurnalistlərə bildirib.

Hizbullahın Avstraliyada aktiv deyil, ancaq digər təşkilatın Avstraliyada nümayəndələri var. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*