Avstraliyada Fələstinə dəstək yürüşü keçirildibackend

Avstraliyada Fələstinə dəstək yürüşü keçirildi

Avstraliyanın ən böyük şəhəri Sidneydə fələstinlilərə dəstək üçün minlərlə insan yürüş keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Fələstin Fəaliyyət Qrupunun verdiyi məlumata görə, Sidneydə keçirilən yürüşdə 15 minə yaxın insan iştirak edib. Etirazçılar “Fələstin heç vaxt ölməyəcək” şüarları səsləndirərək, Fələstin bayraqlarını dalğalandırıblar.

Qeyd edək ki, polis etiraz mitinqinə müdaxilə etməyib.

Ariz Həsənnoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*