Avstraliya 2014-cü ildən bəri ilk dəfə ölkədə terror təhlükəsinin səviyyəsini endirib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (ASIO) rəhbəri Mayk Bercess bildirib:
“Diqqətlə nəzərdən keçirdikdən və məsləhətləşmələrdən sonra ASIO Avstraliyanın milli terror təhlükəsini aşağı – mümkün səviyyəyə endirir. Avstraliya hücum etmək niyyətində olan terrorçular və ekstremistlər üçün potensial hədəf olaraq qalmasına baxmayaraq, hazırda təhlükə mümkün səviyyədən qaldırıldığı 2014-cü ildəkindən daha azdır”.
ASIO-nun məlumatına görə, müxtəlif terror qrupları hazırda Avstraliyada daha az dəstək və rəğbət görürlər.