Son günlər ölkə ərazisində havalar xeyli istiləşib. Uzun sürən sərin havalardan sonra temperaturun artması evlərdə, iş yerlərində və ictimai nəqliyyatda soyutma sistemlərindən istifadənin vacibliyini gündəmə gətirib. Lakin hələlik marşrut avtobuslarında havalandırma və soyutma sistemlərinin işə salınması ilə bağlı ciddi irəliləyiş müşahidə olunmur. Xüsusilə, günün pik saatlarında nəqliyyat vasitələrində yaranan sıxlıq, vəziyyəti daha da dözülməz edir.
Bəs ictimai nəqliyyatda soyutma sistemi nə zaman işə salınacaq?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir.
“Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib”.
Aynurə İsmayıl
KONKRET.az