Avtomobili etibarnamə olmadan niyə idarə etməyək ki? – Absurdbackend

Avtomobili etibarnamə olmadan niyə idarə etməyək ki? – Absurd

Sürücülük vəsiqəsinin olması o demək deyil ki, istədiyin avtomobili idarə edə bilərsən? Bunun üçün gərək ilk növbədə etibarnamə olsun. Azərbaycanda hələ sovetlər dövründən tətbiq olunan bu qaydaya ehtiyac varmı? Konkret.az İTV-də gedən süjetə istinadla bağlı bildirir ki, millət vəkili Qüdrət Həsənquliyev yaxın qohumların, o cümlədən ata-oğul arasında belə avtomobili idarə etməsi üçün etibarnamədən istifadə hüququnu əldə etməsini absurd adlandırıb. “Əgər hər hansı şəxs müraciət etmirsə ki, “mənim avtomobilim oğurlanıb”, onu idarə etmək üçün avtomobilini kimə verəcəksə, onun notarial qaydada təsdiq edilməsinin əhəmiyyəti nədir?”-deyən Q.Həsənquliyev bildirib ki, bununl bağlı “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməlidir. Nəqliyyat vasitəsini idarə etmək üçün sovetlər dönəmindən qalma etibarnamə sisteminin ölkəmizdə qalması bir qədər də gülüncdür. Artıq Avropa və inkişaf etmiş ölkələrlə yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstanda bu sahədə qanun təkmilləşdirilib. Bizdə isə etibarnaməsiz maşın sürən hər hansı sürücünü 40 manat cərimə gözləyir. Və üstəlik maşın belə olan halda cərimə meydançasına aparılır. Sürücülər də birmənalı olaraq etibarnamənin ləğv olunmasının tərəfdarıdır. Ekspertlər də düşünür ki, Azərbaycanda bunu tətbiq etmək mümkündür və burada çətin heç nə yoxdur. Bunun üçün qanuna yenidən baxılmalı və müəyyən dəyişikliklər edilməlidir. Demək olar ki, artıq neçənci ildir bununla bağlı ictimai müzakirələr keçirilsə də, hələ də aidiyyəti orqanlar bunları eşitməzdən gəlirlər. Yeri gəlmişkən, bu müzakirələrdə əsas tezis odur ki, avtomobilin etibarnamə ilə idarə edilməsi mülki hüququn prinsiplərinə ziddir. Ümid edirik ki, yaxın gələcəkdə Nuh əyyamından qalma, naftalin iyi verən bu qanun da təkmilləşdiriləcək və sürücülərin rahatlığı üçün qaydalar dəyişəcək.

Konkret.az

  • Turan
    İyul 20, 2020 - 14:53

    Bu müasir dövrdə etibarnaməyə ehtiyac yoxdur. Xarici ölkələrdə belə sistem yoxdur bizdədə qanuna dəşiklik olsa rahatçılıq olar məncə

  • Elvin
    Oktyabr 8, 2022 - 02:14

    Salam mən yeni maşın aldım maşının bütün sənədləri məndədir. Lakin ilk 10 günü etibarnamə siz sürdüm qayi saxlayıb apardı cəriməyə. Mülk mənim ola ola əlimdən alınır. Məncə də bu qanuna yenilik lazımdı.

  • Vusal
    Avqust 21, 2023 - 23:19

    Tamamile mende sizin fikirinizle raziyam bu qerar INWALLAH teyin olunacag

  • Qismət İbrahimov
    Noyabr 2, 2023 - 17:05

    Bu Sovetlər dövründən qalma Qanun 2023 cü ilədək davam etməsi Bir mənalı olaraq xoş qarşılanmır! Hər gün Bir qanun Dəyişikləri edirlər BU Sovetlər dönəmində də qalma qanunlar yığışdırlsa Çox yaxşı olar..Mən Atamın Avtomobilin Nə üçün Etibarnaməsiz İdarə edə bilmirəm? Bu nə gülünc qanundur?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*