Avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər SAXLANILDI – FOTObackend

Avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər SAXLANILDI - FOTO

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülərin nəqliyyat vasitəsiləri saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Polis əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar. Qaydaları pozan sürücü barəsində qanunamüvafiq tədbir görülərək inzibati məsuliyyətə cəlb olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*