AvtoVaz “Niva Bronto”nun satışını BƏRPA ETDİbackend

AvtoVaz "Niva Bronto"nun satışını BƏRPA ETDİ

Rusiyanın “AvtoVAZ” şirkəti “Niva Bronto” yolsuzluq avtomobilinin satışını bərpa edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Şirkət qeyd edib ki, avtomobil kuzov və dəyişdirilmiş amortizatorlar ilə təkmilləşdirilmiş xüsusiyyətlərə malikdir.

Bildirilib ki, bütün təkmilləşdirmələr yol hərəkəti qaydaları və zavod təlimatları çərçivəsində sertifikatlaşdırılaraq həyata keçirilib.

Qeyd edək ki, “Niva Bronto” iki versiyada (Luxe və Prestige) mövcuddur. Avtomobilin qiyməti 1,18 milyon rubldan (26550 AZN) başlayır.

İstehsalçının məlumatına görə, 2023-cü ilin fevralında bu markalı maşınların satışı 23,4 min avtomobil təşkil edib ki, bu da 2022-ci ilin fevral ayı ilə müqayisədə 4,7% çoxdur.

2022-ci ilin sonunda “AvtoVAZ” 188,6 min avtomobil satıb ki, bu da 2021-ci illə müqayisədə 46% azdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*