Separatçılar Qarabağda internetin verilməsində məhdudiyyətlər olduğunu yazır.
KONKRET.az xəbər verir ki, AXCP sədri Əli Kərimli də internetdən gileylənib.
Alma almaya bənzər?
Bəli, çürük almaların elə də fərqi yoxdur, çünki içi qurdludur. Arayiklə Kərimli arasındakı əsas fərq milliyyət, vətəndaşlıq, boy, çəki, saç düzümüdür. O ki qaldı xislətə, əqidəyə, bax burda əyləcə basaq:
• 1993-ə qədər Qarabağın işğal olunmasında Arutyunyanın tələbə təqaüdü boyda payı vardısa, Kərimlinin “töhfə”si Bakıdakı vətəndaş müharibəsi miqyasında idi;
• Əli Kərimli 1993-dən sonrakı Azərbaycan iqtidarını 27 il Qarabağın azad olunmaması ilə qınayırdısa, 2020-ci ildə işğala qarşı olan partiyaların birgə bəyanatına qoşulmadı;
• Ötən ilin sentyabrında sərhəddəki erməni təxribatına Bakının cavabını qınayanlar bir Kərimli tayfası oldu, bir də Arayik qəbiləsi.
Siyasi oriyentasiyaları bir dərd…
İndiki cavanların yadına gəlməz, fəaliyyəti dayandırılan telekanallardan birində “Kuklalar” adlı yumor (satira) dolu siyasi veriliş yayımlanırdı. Həmin proqramda Əli Kərimlini zərif cinsin nümayəndəsi qədər əzilib-büzülən formada təqdim edirdilər. Düzü, o vaxtkı şayiələr onun mavi auralı olduğunu pıçıldayırdı. Yeri gəlmişkən, son günlər internetdə yayılan xəbərlərdən biri də odur ki, qondarma rejimin “rəhbər”i Arayik Arutyunyan geydir. Belə bir fərziyyə də dolaşır ki, Arutynyan Qarabağda “Artsax” adlandırdıqları separatçı rejimi mavi-translar ölkəsi etmək fikrindədir. Paytaxtı isə Stepanagey adlandırmaq niyyətindədirlər. Hətta oriyentasiyası bəlli olmayan Makron, Paşinyan və bəzi iranlı ayətullahlar da bu planın lehinə çalışırlar. Sadəcə, massonlar arasında LGBT siyasətinin ən aktiv icraçısı olan Şərqi Fransa Lojası bu ideyanın startını Londonda razılaşdıra bilmir. Hələ ki, psixoloji müstəvidə işlər gedir. Cinsəl separatçılar özlərinə hər yerdə tərəfdar toplamağa çalışırlar. İşi sürətləndirmək üçün isə Qarabağın aid olduğu ölkənin – Azərbaycanın paytaxtında hərəkətə keçiblər. Buradakı cinsəl müxalifətçilər də onların dadına çatmaq istəyir. Yoxsa cinsi azlıqlar, feministlər “tarqovu”da icazəsiz aksiyalar keçirtməzdilər. O vaxt Bakının mərkəzinə qırmızı fənərlər qoyulanda bilirdim ki, bir gün zibili çıxacaq. Nə isə, sözüm onda deyil. Lakin LGBT adlı üsyancıqların və AXCP-li oyuncaqların eyni qazandan qidalandığını anlamaq olur. Heç məxfi məlumatlarda eşələnməyə lüzum yoxdur. Qanunsuz mitinq ünvanlarına diqqət yetirsək, kifayətdir. 28 May və İçəri Şəhər metrostansiyaların yaxınlığı, ya da Fəvvarələr Meydanı. Amma bu yol onları arzusunda olduqları Stepanageyə aparmayacaq. Heç Stepanakertə də!
Bakının yolu ərazi bütövlüyünə – Xankəndiyə, Zəngəzura yönəlib.
O ki qaldı eynicinslilərin bütövlüyünə, yaxud Qarabağdakı qondarma utopiyasına, Arutyunyanoçka da bilir ki, Əlinin yardım əli onlara çatmayacaq!
Sonda bunu da deməsəm, ürəyim partlayar:
Azərbaycan hökumətinin möhkəmləndirdiyi siyasi cığırda AXCP əngəli yoxdur. Yəni “Əli Kərimli dövlətə işləyir” qayəli yazılara nə ehtiyac var? Bu lap Kərimlini olmayan nüfuzdan salmaq istəyib hakimiyyəti onunla iş birliyində ittiham etməyə döndü.
Natiq Səlim,
KONKRET.az