Ay çəkilməsi Avropanın turizm şəhərində vəziyyəti çətinləşdirib – FOTObackend

Ay çəkilməsi Avropanın turizm şəhərində vəziyyəti çətinləşdirib - FOTO

İtaliyanın Venesiya şəhərində Ay çəkilməsi (qabarma və çəkilmə – Ayın hərəkəti səbəbindən suyun səviyyəsinin periodik olaraq dəyişməsi) kanallarda suyun səviyyəsini aşağı salıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, kanallardakı su səviyyəsi 48-55 santimetr aşağı düşüb, bəziləri isə quruyub.

İki ay əvvələ qədər İtaliyanın turizm şəhəri qabarmadan əziyyət çəkirdi: San Marko meydanını su basmış, mağazalar maddi ziyanı hesablayırdılar. İndi isə başqa problem yaranıb. Az sayda turistin qondola (qayıq) ilə gəzintisinə də icazə verilmir.

Yerli əhalinin şəhərdə hərəkəti də çətinləşib, çünki Venesiyada bir çox insan əsas nəqliyyat vasitəsi kimi qayıqlardan istifadə edir. Qayıqlar Böyük Kanal boyunca hərəkət edir, lakin o da nəzərəçarpacaq dərəcədə dayazlaşıb.

2018-ci ildə kanallardakı suyun səviyyəsinin 66 santimetr, 2008-ci ildə isə 83 santimetr azaldığı vurğulanır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*