“Ay millət, görün, universitetlərimiz nə qədər vergilər ödəyir” – Qaloyanbackend

“Ay millət, görün, universitetlərimiz nə qədər vergilər ödəyir” - Qaloyan

İqtisadçı Ara Qaloyan özünün facebook səhifəsində ​​hökumətin universitetlərə qarşı siyasətinə toxunub.

KONKRET.az həmin status təqdim edir:

“Universitetlər hər yerdə sanki ayağımızın altındadır. Bu, sona çatmalıdır. Dövlət səviyyəsində. Məsələn, 1000 ən böyük vergi ödəyicisinin 12-si universitetlərdir. Bu, normaldırmı? Bir də hər kəsə bu cür “maliyyə” qurumlarını idarə etməsinə icazə verə bilməzsiniz.

Universitetlərin hansı məbləğdə vergilər verdiyinə baxın.

  1. 70-ci böyük vergi ödəyicisi – “İrəvan Dövlət Tibb Universiteti. 2 milyard 447 milyon dram vergi ödəyib.
  2. 79-cu böyük vergi ödəyicisi – İrəvan Dövlət Universiteti. 2 milyard 262 milyon vergi ödəyib
  3. 15-ci böyük vergi ödəyicisi – Amerika Universiteti. 1 milyard 89 milyon dram vergi ödəyib
  4. 209-cu böyük vergi ödəyicisi – Ermənistan Milli Politexnik Universiteti. 837 milyon dram vergi ödəyib
  5. 267-ci ən böyük vergi ödəyicisi – Ermənistanın Milli Aqrar Universiteti. 665 milyon dram vergi ödəyib
  6. 273-cü böyük vergi ödəyicisi – Ermənistan Pedaqoji Universitet. 653 milyon dram vergi ödəyib
  7. 566-cı böyük vergi ödəyicisi – V.Bryusov adına Dövlət Universiteti. 260 milyon dram vergi ödəyib
  8. 739-cu böyük vergi ödəyicisi – “Haybusak” Universiteti. 220 milyon dram vergi ödəyib
  9. 744-cü vergi ödəyicisi – M. Nalbandyan adına Şirak Universiteti. 219 milyon dram vergi ödəyib
  10. 857-ci ən böyük vergi ödəyicisi – Ermənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutu. 189 milyon dram vergi ödəyib
  11. 11.865-ci ən böyük vergi ödəyicisi – Fransa-Ermənistan Universiteti. 185 milyon dram vergi ödəyib
  12. 970-ci ən böyük vergi ödəyicisi Ov. Tumanyan adına Dövlət Universiteti. 161 milyon dram vergi ödəyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*