AY Partiya rəhbərliyi şəhid ailələrini ziyarət etdi – FOTOLARbackend

AY Partiya rəhbərliyi şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli və Başqanlıq Heyətinin üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Vətən müharibəsinin şəhidlərinin ailələrini ziyarət edib.

KONKRET.az xəbər verir ki, partiya təmsilçiləri Şaxta babanın müşayiəti ilə şəhid Allahverdi Tağıyevin ailəsinə baş çəkib, onun qızı Zəhra ilə gözəl vaxt keçiriblər.

AY Partiya rəhbərliyi şəhid kapitan Fəzail Əliyevin ocağını ziyarət edərək, qəhrəmanımızın yadigarları Xuşi və Cahidlə söhbətləşiblər.

Anar Əsədli və Başqanlıq Heyətinin üzvləri şəhid, kiçik çavuş Xaqani Əskərovun ailəsinə də baş çəkiblər. Şəhidimizin əmanətləri Aylin və Ahu ilə birlikdə əyləncəli zaman keçiriblər.

Şəhid polkovnik-leytenant Mehman Şirvanovun ocağını ziyarət edən partiya təmsilçiləri onun qızı Nurayın şirin söhbətlərini dinləyiblər.

AY Partiya rəhbərliyi Vətən müharibəsinin şəhidi, böyük çavuş İsmayıl Qəsəbovun ailəsində də olub. Şəhidimizin ailəsi, övladları Mərd və Uğurla söhbət edilib, oyunlar oynanılıb.

Şəhid Bəhruz Abuşovun ocağını ziyarət edən partiya mənsubları onun ailəsini bayramlar münasibətilə təbrik edib, övladları İsmayıl və Aysunla səmimi ortamda söhbət ediblər.

Ziyarətlərini davam etdirən AY Partiya rəhbərliyi Vətən müharibəsinin şəhidi, leytenant Nurlan Həsənovun evinə də baş çəkib. Şaxta babanın gəlişi təkcə şəhidimizin övladlarının yox, qonşu uşaqların da sevincinə səbəb olub.

Partiya rəhbərliyi Vətən Müharibəsi Qəhrəmanı, “Canavar” ləqəbli Xüsusi Təyinatlı Qüvvələrin kapitanı şəhid Rəşad Abdullayevin evini ziarət edib. Övladları Məmmədağa, Rüqəyya qəhrəman atalarının bizə miras qoyub getdiyi əmanətdir.

Şəhidlərimizin yadigarlarına Şaxta babanın hədiyyələri və başqan Anar Əsədlinin şəhid övladlarına həsr olunan “Vicdanın labüd etdiyi savaş” kitabı təqdim olunub.

Qeyd edək ki, Şaxta baba obrazını Əməkdar artist, AY Partiya Başqanının müşaviri Mətləb Abdullayev ifa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*