Ayda su izləri aşkarlanıbbackend

Ayda su izləri aşkarlanıb

Ayın səthindəki torpağın hər yerində su izləri aşkar edilib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Planet İnstitunun və digər elmi qurumların amerkalı alimləri müəyyən ediblər.

Tədqiqat The Planetary Science Journal (TPSJ) elmi nəşrində yer alan məqaləyə görə, komanda Yerin təbii petkinin mineraloji xəritələrini təhlil edib və günəş işığı da daxil olmaqla bütün Ay enliklərində və topoqrafiyasında su, hidroksil molekullarının mövcudluğunu aşkar ediblər.

Əvvəllər hesab edilirdi ki, Ayda su yalnız qütblərdə və buz yataqlarının qalınlığı bir neçə metr ola bilən dərin, kölgəli kraterlərdə ola bilər.

Tədqiqatçılar 2008 və 2009-cu illərdə Ayın ətrafında dövr edən Chandrayaan-1 kosmik gəmisində Moon Mineralogy Mapper (M3) cihazının məlumatlarından istifadə ediblər.

Alimlər həmçinin aşkar ediblər ki, Ayın səthindəki su kraterlərə məruz qalır və daha sonra milyonlarla il ərzində günəş küləyinin radiasiyası ilə tədricən məhv olur.

Tədqiqatçılar bildiriblər ki, kəşf Ayın tədqiqatçıları üçün mümkün su mənbəyidir. Hidroksillə zəngin mineralları emal etməklə gələcək kolonistlər sözün əsl mənasında qayalardan nəm çıxara bilərlər.

Bundan əvvəl Çin alimləri Ayda suyun sənaye üsulu ilə çıxarılması üsulunu təklif edib.

Ayla Günəş, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*