randa nüfuzlu ruhanilərdən biri olan Ayətullah Ərafi prezidentliyə namizəd olmaycağını bildirib.
KONKRET.az Təsnim-ə istinadla xəbər verir ki, Nəzarətçilər Şurasının Fəqihlər Şurasının üzvü Ayətullah Ərafi seçkilərdə iştirak etmək niyyətinin olmadığını dilə gətirib: “Mənim seçkilərdə iştirak etmək fikrim yoxdur”.
Bundan əvvəl daha bir nüfuzlu ruhani – Məhəmməd Mehdi Mir Baqeri iddialı olmadığını elan edib.
Xatırladaq ki, namizədliyin irəli sürülməsi prosesi mayın 30-dan başlayır.
Prezident seçkiləri iyunun 28-də keçiriləcək.