Ayətullah Xamenei 25 gündür ictimaiyyət qarşısında görünmür – Ölüb?backend

Ayətullah Xamenei 25 gündür ictimaiyyət qarşısında görünmür - Ölüb?

İranın ali lideri ayətullah Əli Xamenei artıq 25 gündür ki, ictimaiyyət qarşısında görünmür. Bu barədə Almaniyanın nüfuzlu “Bild” qəzeti məlumat yayıb.

KONKRET.az xəbər verir ki, son üç həftədə Xamenei yalnız iki dəfə xalqa videomüraciətlə çıxış edib. Lakin Alman nəşrinin iddiasına görə, hər iki müraciət bunkerdə lentə alınıb və bu, liderin səhhəti və ya təhlükəsizlik vəziyyəti ilə bağlı suallar doğurur.

İran hakimiyyəti bu barədə hər hansı rəsmi açıqlama verməyib.

İsrailin xarici kəşfiyyat xidməti Mossad isə İranın ali lideri ayətullah Əli Xameneinin ölümünə dair yayılan şayiələri təkzib edib.

Bu barədə məlumat İsrail kəşfiyyatının sosial şəbəkə hesablarında yayılıb. Mossad bildirib ki, Xameneinin ölümünə və ya ağır xəstə olmasına dair iddialar həqiqətə uyğun deyil:

“Biz Xameneinin ölümünə dair yayılan şayiələri qəti şəkildə təkzib edirik. Bir daha vurğulayırıq: o, sağdır”, – deyə İsrailin 9-cu kanalı Mossad-ın açıqlamasından sitat gətirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*