Aygün Bəyləri məhkəməyə verən Röyadan PAYLAŞIMbackend

Aygün Bəyləri məhkəməyə verən Röyadan PAYLAŞIM

Xalq artisti Röya Ayxan vəfat edən Əməkdar artist Aygün Bəylərin ailəsinə başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə o, özünün instaqram səhifəsində paylaşım edib.

O, Aygün Bəylərin ifasını paylaşaraq yazıb: “Bütün Aygün Bəylər sevərlərinə, ailəsinə başsağlığı diləyirəm. Allah rəhmət eləsin!”

Xatırladaq ki, illər öncə Röya Ayxan ilə Aygün Bəylər arasında qalmaqal yaşanmışdı. Mərhum müğənninin efirdə Röya Ayxanla bağlı işlədiyi ifadələr onun narazılığına səbəb olmuşdu. Röya Ayxan bu səbəbdən onu təhqir iddiası ilə məhkəməyə vermişdi.

R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edib.

 

 

  • Ramin Dadaşov
    Yanvar 7, 2024 - 22:25

    Ehsen,biz nə qədər çox mehriban olsaq,o qədər ucalariq,xüsusilə dünyasını dəyişmiş bir həmvətənlərimize hələ hələ incəsənətimize shan şöhrət gətirən bir sənətkara halallıq vermək gözəl addımdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*