backend

"Ayıb olsun bizə, tarix bunu erməni xalqına bağışlamayacaq" - Şarmazanov

“Qarabağ Ermənistandır, nöqtə” deyən şəxs Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov yazıb.

O, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə fikrini bildirib.

“Niyə Paşinyanın faktiki olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına təəccüblənirsiniz?

Biz özümüz günahkarıq, çünki Paşinyan hələ də Ermənistanı təmsil edir.

O, vəzifəsində qalarsa, Yerevan – İrəvan, Armeniya – Ermənistan, Ararat – Ağrı-Dağ olacaq.

“Qarabağ Ermənistandır, nöqtə” deyənlər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdılar, nöqtə.

Və bütün bunlar bizim ümumi müti hərəkətsizliyimiz və acizliyimiz şəraitində baş verir.

Ayıb olsun bizə.

Tarix bunu bizə bağışlamayacaq”, – deyə Şarmazanov qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*