Ayvazyan anti-rus siyasətçilərdən YAZDI: “Rusiya idarəetmə modelinə keçməliyik”backend

Ayvazyan anti-rus siyasətçilərdən YAZDI: “Rusiya idarəetmə modelinə keçməliyik”

“Ermənistanda iki kateqoriyada insan var ki, onlar siyasətdə olduqları üçün son dərəcə təhlükəlidirlər”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Hayk Ayvazyan bildirib.

Ayvazyana görə, antisovet, anti-rus şəxslər, eləcə də Qərb layihəsinin millətçiləri dövlət və xalq üçün olduqca təhlükəlidir.

“Məsələn, anti-rus əhval-ruhiyyəsində olan siyasətçilərin Rusiyaya bu və ya digər mənfi münasibəti onlara xalqımız üçün kritik məqamlarda bəlkə də qeyri-populyar, lakin düzgün qərarlar qəbul etməyə imkan vermir. Bu siyasətçilər dərk etmir ki, rusiyayönümlü bir oriyentasiyaya sahib olmaq Ermənistan üçün həyati zərurətdir”, – deyə o vurğulayıb.

Politoloq Qərb layihəsinin millətçilərinin dünyagörüşünü də  şərh etməyə cəhd edib: “Onlar xalqı inandırmağa çalışırlar ki, biz heç kimə lazım deyilik, ona görə də özümüz ayağa qalxmalıyıq. Hansı ki, yalandır, üstəlik, ağ yalandır. “Millətçilik” vəsvəsəsi onları real qərarlar qəbul etməyə qoymur.

Əsl erməni millətçisinin xarici oriyentasiyası güclü rusiyapərəst motivasiya ola bilər. Çünki yalnız Rusiya idarəetmə modeli bizə milli dəyərlər sistemimizi qorumağa imkan verər. Bu model erməni ailəsini kənar təsirlərdən və hücumlardan qoruyan sədd yaratmağa imkan verər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*