Ayvazyan: “Bir neçə saat ərzində 15-dən çox qurbanımız var, amma deputatlar nə etdi?”backend

Ayvazyan: "Bir neçə saat ərzində 15-dən çox qurbanımız var, amma deputatlar nə etdi?"

“Sünikdən (Zəngəzurdan) narahat olaraq küçələrə çıxan 50 vətəndaşın yanında durmaq üçün ən azı bir deputat Respublika meydanına getməyib. Müxalifətin ən azı bir nəfəri o adamların yanında olmayıb. Nə olub, soyuqdur, yoxsa Süniki xilas etmək üçün bir mövqe paylaşmaq belə çətindir?”.

KONKRET.az xəbər verir ki, bu fikirləri özünün facebook səhifəsində siyasi fəal Tatev Ayvazyan bildirib.

O, daha sonra yazıb: “Bir neçə saat ərzində 15-dən çox qurbanımız var. amma deputatlar nə etdi? Statusları ilə “çox şey” etdi, səngərə “tək getdi”. Amma unutmayaq ki, əsgərlərimiz üçün səngər xəndək oldu. İsti kabinetindən, rahat divanından pafoslu statuslar yazırsan ki, Nikol satqındır və tacirdir… Bunu bilirik, özü də çox yaxşı bilirik. Amma məsələ başqadır. Sizin yalançı vətənpərvərliyiniz kimə lazımdır?! 15 öldürülən erməni sizi küçələrə salmağa bəs etmir?!”

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*