“Az qalıb, biz sensasiyalı ifşalar eşidəcəyik” – Zöhrabyanbackend

"Az qalıb, biz sensasiyalı ifşalar eşidəcəyik" - Zöhrabyan

“Nikol Paşinyan bilir, anlayır ki, onun hakimiyyəti üçün geri sayım artıq başlayıb. Bir neçə gündən sonra parlamentdə 44 günlük müharibəni araşdıran komissiyanın səsləndirdiyi sensasiyanın hamımız şahidi olacağıq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Demokratiya və Təhlükəsizlik” qeyri-hökumət təşkilatının rəhbəri Naira Zöhrabyan “Ayeli” mətbuat klubunda səsləndirib.

O deyib ki, “Nikol Paşinyan parlamentdə hazırlanmış çıxışla bir məqsəd güdəcək: 44 günlük müharibənin məsuliyyətini ətrafında olan hər kəsin üzərinə atacaq. Biz “sensasiyalı ifşalar” eşidəcəyik (Nairə Zöhrabyan “sensasiya” sözünü ironiya ilə vurğulayıb – REDAKSİYA). Nikol Şuşanı təslim edənlərin, düşmənlə əməkdaşlıq etdiyi iddia edilən komandirlərin adlarını çəkəcək. Məlumdur ki, bu günə kimi 57 zabit dövlətə xəyanətə görə məsuliyyətə cəlb edilib. Andranik Köçəryanın rəhbərlik etdiyi komissiyanın bu şousunun bir məqsədi var: hazırkı hökuməti kapitulyator və satqın damğasından təmizləmək”.

Yeri gəlmişkən qeyd edək ki, Zöhrabyan Ermənistandan dəvət olunmuş bir qrup siyasətçi ilə Rusiya Erməniləri İttifaqının Novorossiyskdə Ermənistan və Qarabağ problemlərinə həsr olunmuş konfransında iştirak edib.

Keçmiş deputat vurğulayıb: “Deməliyəm ki, əgər ilyarım əvvəl eyni Rusiyada Nikolun tərəfdarlarının sayı əhəmiyyətli idisə, bu dəfə mən onun tərəfində olan bir erməniyə rast gəlmədim. Bu gün bizim bəzən ələ saldığımız Rusiyada insanlar Ermənistan və Qarabağla bağlı böhranı daha dərindən dərk edir. Bu isə onu göstərir ki, Nikolun öz vəzifəsindən getməsi üçün sayılı günləri qalıb”.

Sevinc Paşayeva,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*